vurğun vursun səni!

A stroke be with you! / May a stroke strike you! заболеть от страха (иметь психические расстройства)
Vuran igid dayısına baxmaz.
vurmaq
OBASTAN VİKİ
Vurğun
Vurğun — təxəllüs və ad. Səməd Vurğun — Azərbaycanın ilk xalq şairi. Vurğun Əyyub — Filologiya elmləri namizədi, Müsavat başqanının I müavini. Vurğun Hüseynov — peşəkar Azərbaycanlı futbolçu. Toponim Vurğun (Ağstafa) — Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə.
Səni deyirlər
"Səni deyirlər" (az-əbcəd. سني ديرلر مني ديرلر‎) — İnternetdə bir neçə gün ərzində mem olmuş, Azərbaycan dillində ifa edilən Cənubi Azərbaycan mahnısı. Müğənni Əlirza Şərifzadənin yeni təqdim etdiyi "Səni deyirlər" mahnısı İranda yaşayan cənubi azərbaycanlıların böyük marağına səbəb olmuşdur. Mahnıda Cənubi Azərbaycan vilayətinin paytaxtı Urmiya şəhəri və Urmiya gölü vəsf edilir. Onlar bu mahnının sədaları altında küçədə, avtomobil yolunda rəqs edirlər. Gənclər daha sonra lentə alınan görüntüləri sosial şəbəkələrdə paylaşıblar. Bu mahnı "Facebook", "YouTube" və "İnstaqram"da qısa müddətdə populyarlaşıb və böyük marağa səbəb olub. Bəzi istifadəçilər bu həştəqdən istifadə edərək rəsmilərə qarşı etirazlarını da bildirirlər. Güneyli gənclərin bu fleşmobu Urmiya gölünün qurudulması və İran rejiminin sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına etiraz kimi meydana çıxıb. Tı kto takoy?
Səni axtarıram
"Səni axtarıram" — 2011-ci ildən Azərbaycanın Azad Azərbaycan TV, ANS TV, Xəzər TV və ARB kanallarında yayımlanan tok-şou. Verilişin aparıcısı Xoşqədəm Hidayətqızıdır. == Tarixi == Veriliş 2010-cu ildə "Azad Azərbaycan TV kanalında efirə çıxan "Sən tək deyilsən" verilişində yayımlanan "Səni Axtarıram" adlı rubrika vasitəsilə doğmalarını itirən insanların axtarışına başladı. Çoxsaylı müraciətlərin və tamaşaçıların etimadı sayəsində "Səni Axtarıram" 2011-ci il aprelin 5-dən etibarən Xoşqədəm Hidayətqızının müəllifliyi ilə rubrika kimi deyil, 2 saatlıq veriliş olaraq efirdə yayımlandı. 26 aprel 2015-ci il tarixindən veriliş "Xoşqədəmlə axtarıram səni" adı altında ANS TV-də həftənin bazar günü, saat 22:00-da yayımlanırdı. Veriliş 2016-cı il sentyabrın 25-dən 2021-ci il iyulun 30-dək "Səni axtarıram Xoşqədəmlə" adı altında Xəzər TV-də yayımlanıb. 2021-ci il noyabrın 22-dən etibarən həftəiçi 5 gün ARB-də "Səni axtarıram" verilişi yayımlanır. == Tənqid == 2013-cü ildə veriliş çəkiliş zamanı real faktlar yox, quraşdırılmış səhnələrdən istifadə etdiyi üçün Azərbaycan cəmiyyəti tərəfindən tənqid olunub.
Səməd Vurğun
Səməd Vurğun (doğum adı: Səməd Yusif oğlu Vəkilov; 21 mart 1906, Yuxarı Salahlı, Qazax qəzası – 27 may 1956, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın ilk xalq şairi (1956), 2 dəfə "Stalin" mükafatı laureatı (1941, 1942) və 2 dəfə "Lenin" ordeni laureatı, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954–1956). Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biridir. Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax qəzasının (hazırkı Qazax rayonu) Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailəsində anadan olmuşdur. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazax şəhərində yaşamışdır. Gözəl saz ifaçısı olması məlumdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kənddəki rus-tatar məktəbində almışdır. Onun 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyür.
Vurğun (Ağstafa)
Vurğun (əvvəlki adı: Kalininkənd) — Azərbaycan Respublikasının Ağstafa rayonunun Vurğun qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Kalininkənd qəsəbəsi Vurğun qəsəbəsi adlandırılmışdır.
Vurğun Hüseynov
Vurğun Tofiq oğlu Hüseynov (5 aprel 1988-ci ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt klubunda müdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. 2013-cü ilin yayında Hüseynov Qəbələ klubunu tərk edərək Sumqayıt klubu ilə müqavilə imzalamışdır.
Vurğun Həsənov
Vurğun bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Vurğun Əyyub
Vurğun Əliş oğlu Əyyub (25 oktyabr 1957, Aşağı Quşçu, Tovuz rayonu – 24 sentyabr 2019, Bakı) — filologiya üzrə fəlsəfə doktoru, Müsavat başqanının I müavini, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri (1992–1993), Xəzər Universiteti Dillər və ədəbiyyatlar kafedrasının müdiri(2009–2010; 2012–2019), Azərbaycan Demokratiya və Rifah hərəkatının I müavini (2015–2019). Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində dünyaya gəlib. 1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub. 1977–1984-cü illərdə Sabirabad və Tovuz rayonlarında, 1985–1993-cü illərdə N. Tusi adına Azərbaycan Pedaqoji Universitetdə müəllim işləyib. 1988-ci ildən filologiya üzrə fəlsəfə doktorudur. Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir. 1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı — "Çənlibel" elmi-ədəbi birliyinin yaradıcılarından biri və sədri, Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olub. 1992–1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib. 15 noyabr 1992-ci ildə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib. 1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın baş katibi olub.
Vurğun Quliyev
Vurğun Quliyev (13 iyul 1976, Masallı rayonu, Azərbaycan SSR, SSRİ – 2000, Göyçay rayonu, Azərbaycan) — qapıçı mövqeyində çıxış etmiş Azərbaycan futbolçusu. == Karyerası == Vurğun Quliyev 13 iyul 1976-cı ildə Masallı rayonunda anadan olub. Peşəkar futbolçu karyerasına 1993-cü ildə "İnşaatçı Bakı" komandasında başlayıb. Burada keçirdiyi iki mövsüm ərzində yüksək dəstədə 12 oyunda meydana çıxıb. 1995–1996 mövsümünü o dövrdə istedadlı gəncləri heyətinə cəlb etməsi ilə tanınan Vaqif Sadıqovun rəhbərlik etdiyi birinci dəstə təmsilçisi olan "Fərid"də keçirir. Yeni komandasında əvvəlcə üçüncü qapıçı olan Vurğun, bir müddət sonra məşqçinin ona verdiyi şansdan maksimum yararlanır və klubun əsas qapıçısına çevrilir. 1996–1997 mövsümünü "Bakı Fəhləsi"ndə keçirən qapıçı, 1998-ci ildə Ağdamın "Qarabağ" komandasına transfer olunub. "Köhlən atlar"ın heyətində keçirdiyi iki mövsüm ərzində 30-u yüksək dəstədə, 4-ü isə UEFA İntertoto Kubokunda olmaqla, cəmi 34 oyunda forma geyinib. == Ölümü == Yenicə "VAZ-2106" markalı avtomobil alan qapıçı, 2000-ci ildə anası və nişanlısı ilə Zaqatalada baş tutacaq qohum toyuna getməyi qərara alır. Avtomobil sürməyi təzə öyrəndiyi üçün, dostları və qohumları ona avtobusla getməyi məsləhət görsələr də, o, fikrindən dönmür.
Səni düşündükcə (mahnı)
Təkcə səni (mahnı)
Səni axtarıram (film)
== Məzmun == Film-tamaşada Elçinlə (Yaşar Nuri) Gülnar (Firəngiz Mütəllimova) ilk dəfə tanış olurlar. Əvvəlcə sözləri düz gəlməsə də, sonralar bu çəkişmə məhəbbətə çevrilir. Lakin atasının sözündən çıxa bilməyən Gülnar məhəbbətini atasına qurban verməli olur.
Səməd Vurğun (1958)
Səməd Vurğun (1966)
Səməd Vurğun (1976)
Səməd Vurğun (dəqiqləşdirmə)
Səməd Vurğun
Səməd Vurğun (Şəmkir)
Səməd Vurğun – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Təzəkənd kənd inzibati ərazi vahidi tərkibindəki Səməd Vurğun qəsəbəsi Kür qəsəbə inzibati ərazi vahidi tabeliyinə verilmişdir. Qəsəbənin adı Sovet Azərbaycanı yazıçısı Səməd Vurğunun adından götürülüb. Qəsəbənin əhalisi 1.433 nəfər təşkil edir.
Səməd Vurğun bağı
Səməd Vurğun bağı və ya Səməd Vurğun parkı – Bakı şəhərində yerləşən bağ-park. Azərbaycanlı şair Səməd Vurğunun adını daşıyır. 2009-cu ildə əsaslı şəkildə yenidən qurulub. Park paytaxtın ən köhnə yaşıl məkanlarından biridir. Şəhərin mərkəzində, Bakı Dəmir Yolu Vağzalının və Dəmir Yolu İdarəsi binasının yaxınlığında yerləşən parkın əsası 1882-ci ildə dəmir məmulatı taciri Krasilnikovun şəhər bağının yerində qoyulub. 1961-ci ildə parkda Səməd Vurğunun abidəsi ucaldılıb. Abidənin müəllifləri heykəltaraş Fuad Əbdürrəhmanov və memar Mikayıl Hüseynovdur. 2009-cu ildə park bərpa ediləndən sonra bakılıların və paytaxtın qonaqlarının ixtiyarına verilib. Piyada cığırlarına tava daşları döşənib, qazonlar salınıb. Növbənöv çiçək ləkləri salınıb.
Səməd Vurğun küçəsi
Səməd Vurğun küçəsi (Sumqayıt)
Səməd Vurğun parkı
Səməd Vurğun bağı və ya Səməd Vurğun parkı – Bakı şəhərində yerləşən bağ-park. Azərbaycanlı şair Səməd Vurğunun adını daşıyır. 2009-cu ildə əsaslı şəkildə yenidən qurulub. Park paytaxtın ən köhnə yaşıl məkanlarından biridir. Şəhərin mərkəzində, Bakı Dəmir Yolu Vağzalının və Dəmir Yolu İdarəsi binasının yaxınlığında yerləşən parkın əsası 1882-ci ildə dəmir məmulatı taciri Krasilnikovun şəhər bağının yerində qoyulub. 1961-ci ildə parkda Səməd Vurğunun abidəsi ucaldılıb. Abidənin müəllifləri heykəltaraş Fuad Əbdürrəhmanov və memar Mikayıl Hüseynovdur. 2009-cu ildə park bərpa ediləndən sonra bakılıların və paytaxtın qonaqlarının ixtiyarına verilib. Piyada cığırlarına tava daşları döşənib, qazonlar salınıb. Növbənöv çiçək ləkləri salınıb.
Səni axtarıram (film, 1981)
Film-tamaşada Elçinlə (Yaşar Nuri) Gülnar (Firəngiz Mütəllimova) ilk dəfə tanış olurlar. Əvvəlcə sözləri düz gəlməsə də, sonralar bu çəkişmə məhəbbətə çevrilir. Lakin atasının sözündən çıxa bilməyən Gülnar məhəbbətini atasına qurban verməli olur.
Səni axtarıram (veriliş, 2011)
Sevdi Can Səni (albom)
Sevdi Can Səni – Azərbaycan müğənnisi Tünzalə Ağayevanın debüt albomu.
Paris, mən səni sevirəm
Paris, mən səni sevirəm — 2006-cı ildə istehsal olunmuş Fransız filmidir. Film 22 rejissor tərəfindən çəkilmiş və 18 epizoddan ibarətdir. Paris, mən səni sevirəm — Internet Movie Database saytında.